İsraildən Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı XƏBƏRDARLIQ
Tarix: 9-03-2026, 08:39
Baxılıb: 6 813
Google+ Paylaş
Tumblr Paylaş

İsraildən Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı XƏBƏRDARLIQ

9-03-2026, 08:39

İsrail Milli Təhlükəsizlik Şurası ölkə vətəndaşlarına səyahət xəbərdarlıqlarını genişləndirib. Təhlükəsizlik qurumu artıq xəbərdarlığı yalnız Birləşmiş Ərəb Əmirliklərindən ilə məhdudlaşdırmayaraq digər ölkələrə də şamil edib.

AvroMedia.Az  xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, israillilərə Azərbaycan, Gürcüstan və Ermənistana da səfər edərkən ehtiyatlı olmaları tövsiyə edilib.
Qeyd olunur ki, xəbərdarlığın səbəbi regionda artan təhlükəsizlik riskləri və xüsusilə İran ilə gərginliyin yüksəlməsi fonunda israillilərə və yəhudi obyektlərinə qarşı mümkün hücum təhlükəsidir.
İsrail rəsmiləri vətəndaşları zəruri olmadığı halda bu ölkələrə səfər etməməyə və təhlükəsizlik tövsiyələrinə ciddi əməl etməyə çağırıblar.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ