Bakıdan bu şəhərlərə uçuşlar dayandırıldı
Tarix: 28-02-2026, 15:55
Baxılıb: 7 055
Google+ Paylaş
Tumblr Paylaş

Bakıdan bu şəhərlərə uçuşlar dayandırıldı

28-02-2026, 15:55

Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yolları tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb.


AvroMedia.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.
Məlumata əsasən, sərnişinlər sözügedən istiqamətlər üzrə əldə etdikləri aviabiletləri heç bir cərimə ödəmədən geri qaytara və ya dəyişdirə bilərlər.
Qeyd edək ki, Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq.
Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ