Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni loqosu təsdiqlənib.
AvroMedia.Az xəbər verir ki, məsələyə idarənin Qazılar Şurasının bu gün keçirilən iclasında baxılıb və səsə qoyularaq qəbul edilib.
Şuradan bildirib ki, dövrün tələbləri və qurumun fəaliyyət istiqamətlərinin müasirləşdirilməsi nəzərə alınmaqla hazırlanmış yeni loqo təşkilatın tarixi-mənəvi irsini və müasir inkişaf xəttini özündə ehtiva edir.
Köhnə loqodakı ilk dəyişikliklərdən biri günbəzin üstü və ortasında təsvir olunan aypara və səkkizguşəli ulduz, habelə dövlət gerbinin alov rəmzləridir. Həmin təsvir öncəki loqoda yox idi. Əvvəlkində gümbəzin altında ərəbcə “Kəlmeyi şəhadət” ("La ilahə illəllah, Muhəmməd Rəsulullah") yazılmışdısa, yeni loqoda həmin yazılar alovun üzərində təsvir olunub.
Həmçinin yeni loqoda naxışlar çıxarılaraq, əvəzinə ingilis və Azərbaycan dillərində “Qafqaz Müsəlmanları İdarəsi – Azərbaycan” sözləri yazılıb.
Digər bir dəyişiklik isə eskizlərin əvvəlkinə nisbətən nazik xətlərlə təsvir olunmasıdır.
Qeyd edək ki, QMİ-yə şeyxülislam Hacı Allahşükür Paşazadə rəhbərlik edir.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb