ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı göndərir
Tarix: 14-02-2026, 08:32
Baxılıb: 2 792
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Yaxın Şərqə daha bir aviadaşıyıcı göndərir

14-02-2026, 08:32

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hərbi Dəniz Qüvvələrinə məxsus ikinci aviadaşıyıcının yaxın vaxtlarda Yaxın Şərqə yola salınacağını açıqlayıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Tramp Şimali Karolina ştatındakı Fort-Breqq hərbi bazasında çıxış etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Tramp qeyd edib ki, əgər Tehran Vaşinqtonla razılaşma əldə etməsə, sözügedən aviadaşıyıcı ABŞ üçün zəruri olacaq.
“O, çox tezliklə yola düşəcək”, - ABŞ lideri vurğulayıb.
Daha əvvəl “The New York Times” qəzeti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “Gerald R. Ford” aviadaşıyıcısının və onu müşayiət edən gəmilərin Karib dənizindən Fars körfəzinə, “Abraham Lincoln” kreyserinin rəhbərlik etdiyi zərbə qrupuna doğru yönləndiriləcəyini yazmışdı.Teleqraf
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ