Azərbaycanda 2026-2030-cu illəri əhatə edən qazlaşdırma ilə bağlı dövlət proqramı hazırlanır.
AvroMedia.Az xəbər verir ki, bunu deputat Asif Əsgərov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında bildirib.
“Ən əsas məsələlərdən biri, xüsusilə də Zaqatala bölgəsində qazlaşdırma ilə bağlı olan problemin hər dəfə komitə iclaslarında qaldırılmasıdır. Bu, müəyyən qədər bizim komitənin iş planına aid olan məsələlərdən biridir. Çünki ekoloji tarazlıq və insanların bu istiqamətdə öz problemlərinin həll olunması üçün qazdan istifadəsi vacib məsələlərdən biridir.
Artıq müvafiq nazirliklərdən aldığım məktuba görə, 2026-2030-cu illərdə bununla bağlı müəyyən dövlət proqramının hazırlanması da nəzərdə tutulur. Hazırda müzakirələr aparılır. Bu, çox vacib məsələlərdən biridir. Düşünürəm ki, komitə olaraq bizim bunu birgə dəstəkləməyimiz problemlərin aradan qalxmasına çox böyük təsir edər”.

İldə 1,5 milyon insanın, xüsusən də uşaqların ölümünə səbəb olan qida
Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi.
Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.