Parlament əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyanı təsdiqlədi
Tarix: 21-01-2026, 13:19
Baxılıb: 5 166
Google+ Paylaş
Tumblr Paylaş

Parlament əməyin təhlükəsizliyi və gigiyenasına dair beynəlxalq konvensiyanı təsdiqlədi

21-01-2026, 13:19

Milli Məclis (MM) Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" 187 nömrəli Konvensiyasını təsdiqləyib.


AvroMedia.Az  
xəbər verir ki, məsələ MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib və müvafiq qərar qəbul olunub.
Qeyd edək ki, sözügedən konvensiya 2006-cı il iyunun 15-də Cenevrə şəhərində qəbul edilib. Sənəd preambula və 14 maddədən ibarətdir.
Sənədi ratifikasiya edən hər bir üzv ölkə istehsalatda əmək xəsarətlərinin, peşə xəstəliklərinin, bununla bağlı ölüm hallarının qarşısının alınması üçün işəgötürənlərin və işçilərin ən çox təmsil olunduğu təşkilatlarla məsləhətləşmələr əsasında milli siyasət, sistem, proqramları hazırlamaqla əməyin təhlükəsizliyinin, gigiyenasının davamlı şəkildə təkmilləşdirilməsinin təşviqini həyata keçirməlidir.
Habelə, konvensiyaya qoşulan dövlət Beynəlxalq Əmək Təşkilatının sənədlərində müəyyən edilmiş prinsipləri nəzərə almaqla əməyin təhlükəsizliyi və gigiyenasına dair qeyd edilən proqramlar vasitəsilə fəal tədbirlər görməlidir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ