Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Çex Respublikasının Baş naziri Andrey Babişlə görüşüb.
AvroMedia.Az Azərtac-a istinadən xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, maşınqayırma, nəqliyyat və digər sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Münasibətlərimizin dərinləşdirilməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunulub.
Azərbaycan Prezidenti və Çexiyanın baş naziri əlaqələrimizin perspektivləri, gələcək təmaslar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Andrey Babiş Prezident İlham Əliyevi Çexiyaya rəsmi səfərə dəvət edib. Dövlətimizin başçısı da öz növbəsində Çex Respublikasının baş nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.Hər iki dəvət məmnunluqla qəbul olunub.

İldə 1,5 milyon insanın, xüsusən də uşaqların ölümünə səbəb olan qida
Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi.
Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.