Bu şəxslərə yeni vəzifə verilir
Tarix: 19-01-2026, 14:52
Baxılıb: 3 793
Google+ Paylaş
Tumblr Paylaş

Bu şəxslərə yeni vəzifə verilir

19-01-2026, 14:52

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlər irəli sürülüb.

AvroMedia.Az  xəbər verir ki, bununla bağlı məsələ bu gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında müzakirəyə çıxarılıb.
İdman federasiyaları tərəfindən Azərbaycan  Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.
Qeyd edək ki, "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən, Milli Məclis İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına idman federasiyaları, dini konfessiyalar və yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüş namizədlər arasından hər təşkilatdan bir nəfəri 6 il müddətinə təsdiq etməlidir.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ