Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvarın 5-də və 6-da Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
AvroMedia.Az xəbər verir ki, nazir Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlardan, eləcə də digər bölgələrdən 276 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətlərini dinləyib.
V.Eyvazov qəbula gələnlərin müraciətlərinin həlli istiqamətində zəruri addımların atılması və vətəndaş məmnunluğunun təmin olunması məqsədilə nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin mütləq əksəriyyəti yerindəcə öz həllini tapıb, digərləri nəzarətə götürülüb.General-polkovnik həmçinin polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib. Vətən müharibəsinin 19 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 223 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

İldə 1,5 milyon insanın, xüsusən də uşaqların ölümünə səbəb olan qida
Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi.
Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.