Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq.
AvroMedia.Az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı 907-ci düzəlişlə bağlı suala cavabında bildirib.
Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var”.

İldə 1,5 milyon insanın, xüsusən də uşaqların ölümünə səbəb olan qida
Türkiyə-Ermənistan sərhədindən ilk avtobus keçdi.
Ağstafaya qatarla hər şənbə-bazar da getmək olacaq.
Tətil sonrası sindromu: Milyonlarla insanın yaşadığı problem
Sabah 32 dərəcə isti olacaq.
Tez əsəbiləşən insanlar daha vicdanlı olur?
İran Küveyt hava limanına belə vurdu.
Bəzi nəqliyyat vasitələrində tanınma nişanları böyük hərflərlə yazılmalıdır
Bu sənəd pullu oldu.
Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir.
Bakıda tramvay xətlərinin çəkilməsi ilə bağlı mühüm yenilik.