İlham Əliyev və Mehriban Əliyevadan Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı
Tarix: 2-01-2026, 18:22
Baxılıb: 2 819
Google+ Paylaş
Tumblr Paylaş

İlham Əliyev və Mehriban Əliyevadan Nizami Gəncəvi Mərkəzinin həmsədrinə başsağlığı

2-01-2026, 18:22

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Latviyanın keçmiş Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqaya başsağlığı veriblər.

AvroMedia.Az xəbər verir ki, başsağlığında deyilir:
"Zati-aliləri,
Həyat yoldaşınız, ömür-gün dostunuz İmants Freyberqsin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Sizinlə birlikdə, çiyin-çiyinə böyük həyat yolu keçmiş İmants Freyberqs hər zaman Sizin yanınızda olmuş sadiq silahdaşınız idi.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyirik".скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ