Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi
Tarix: 1-01-2026, 12:10
Baxılıb: 2 253
Google+ Paylaş
Tumblr Paylaş

Prezident İlham Əliyev kubalı həmkarını təbrik etdi

1-01-2026, 12:10

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Prezidenti Zati-aliləri cənab Migel Dias-Kanel Bermudesi təbrik edib.

AvroMedia.Az  xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, xoş ənənələr üzərində qurulmuş Azərbaycan-Kuba münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.
Fürsətdən istifadə edərək Yeni, 2026-cı il münasibətilə də Sizə təbriklərimi və ən xoş arzularımı çatdırır, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ