Arktika zonasında Rusiya hərbçilərinin sayı artacaq.
AvroMedia.az xəbər verir ki, bu sözləri Prezident Vladimir Putin “Arktika: Dialoq ərazisi” VI Beynəlxalq Forumunda bildirib.
Onun sözlərinə görə, həmçinin Arktikada Rusiya əsgərləri, zabitləri və onların ailə üzvlərinin yaşadığı hərbi şəhərciklərin və qapalı inzibati-ərazi qurumlarının abadlaşdırılması proqramı uzadılacaq:
“Belə bir yeniləmə proqramı federal büdcədən illik ən azı 10 milyard rubl maliyyə dəstəyi ilə ən azı 2030-cu ilə qədər qüvvədə olmalıdır. Mən vurğulamaq istərdim ki, bu, əlbəttə ki, bu regionda hərbi komponentimizin güclənməsi ilə də bağlıdır - burada hərbi personalın sayı artacaq”.
Putin vurğulayıb ki, Rusiya heç vaxt Arktikada heç kəsi təhdid etməyib:
“Lakin biz vəziyyətin inkişafını diqqətlə izləyirik, adekvat cavab xətti hazırlayır, silahlı qüvvələrin döyüş qabiliyyətini artırır və hərbi infrastruktur obyektlərini modernləşdiririk”.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur