Dünyanın ən təhlükəsiz və təhlükəli ölkələri müəyyən edilib.
AvroMedia.az xəbər verir ki, “Numbeo”nun təhlükəsizlik indeksinə əsasən, Andorra dünyanın ən təhlükəsiz ölkəsi seçilib. 85 min nəfərlik əhalisi olan bu kiçik Avropa ölkəsində cinayətkarlıq səviyyəsi çox aşağıdır. İkinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncü yerdə isə Qətər qərarlaşıb. Dördüncü və beşinci yerləri müvafiq olaraq Tayvan və Oman tutub.
Ən təhlükəli ölkələr sırasında isə birinci yerdə Venesuela, ikinci yerdə Papua Yeni Qvineya, üçüncü yerdə isə Haiti yer alıb. Araşdırmada 205 ölkədən 147-si qiymətləndirilib.
Azərbaycanın bu siyahıdakı mövqeyi barədə də məlumatlar mövcuddur. “Global Terrorism Index 2025” hesabatına əsasən, Azərbaycan terror təhlükəsi üzrə 0.233 indekslə 90-cı yerdə qərarlaşıb və bu, ölkəmizin ən təhlükəsiz ölkələrdən biri olduğunu göstərir.
Türkiyə isə “Numbeo”nun siyahısında 57-ci yerdə qərarlaşıb və bu, orta təhlükəsizlik səviyyəsini əks etdirir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi