Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasında dərhal sonra göstərilən operativ yardıma görə Qazaxıstan dövlətinə və xalqına təşəkkür edib.
AvroMedia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN başçısı Qazaxıstan xarici işlər naziri ilə birgə mətbuat konfransında danışıb.
“Sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından dərhal sonra aktarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsində yüksəl operativlik göstərdiyinə və bütün məsələlərdə yaxından dəstək verdiyinə görə Qazaxıstan tərəfinə və bütün qazax xalqına təşəkkür edirəm”, – o bildirib.
XİN başçısı əlavə edib ki, Azərbayxan və qazax xalqları arasında tarixən mövcud olan qardaşlıq, birgə adət-ənənə, mədəniyyət və dil ortaqlığı, dövlət başçıları arasında qarşılıqlı hörmət və etimada əsaslanan açıq və səmini münasibətlər iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi