ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı siyasətinin həmişə sərt olduğunu bildirib.
AvroMedia.az xəbər verir ki, o, televiziya müsahibəsi zamanı jurnalistin Ukrayna və İsrailə edilən hücumlarla bağlı sualına cavab verərkən bunu vurğulayıb.
Jurnalist Trampdan soruşub ki, ABŞ hər iki halda aqressorlara eyni yanaşırmı? Tramp isə suala konkret cavab verməkdən yayınaraq, “Bu, tamamilə fərqli yerlərdir… Siz dünyanın müxtəlif hissələrindən danışırsınız” deyib.
Fox News jurnalisti daha sonra soruşub ki, Tramp Rusiya ilə HƏMAS-a qarşı olduğu kimi sərt davranıbmı? Tramp bu dəfə cavabında “Mən Rusiya ilə çox sərt idim, Rusiyaya qarşı hər kəsdən daha sərt oldum” deyib.
O, prezidentliyi dövründə “Şimal Axını-2” qaz kəmərinin tikintisinin dayandırıldığını, Rusiyaya qarşı sanksiyalar tətbiq edildiyini və Ukraynaya Javelin tank əleyhinə raketlərinin verildiyini xatırladıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi