"Fevralın 12-də ABŞ-ın sabiq prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində "bizimlə İran arasında vasitəçi olmanızı istəyirəm" təklifini irəli sürüb".
AvroMedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Putin dərhal təklifə razılıq verərək bu təklifin Moskva və Vaşinqton arasında yeni bir dialoq imkanları yaratmasına ümid edib:
"Trampın bu təklifi Rusiya və ABŞ arasında strateji əlaqələrə yönəlmiş hiyləgər bir addım kimi qiymətləndirilir. Trampın məqsədi Rusiyanı İranla münasibətlərində vasitəçilik etməyə inandıraraq, Kremlin Tehranla olan ittifaqını zəiflətməkdir. Bu addım həmçinin ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi ilə nəticələnə bilər.
Lakin İranın mühafizəkar dairələri, Trampın təklifinə qarşı çıxır. İranın ali dini lideri Əli Xameneyi, Prezident Məsud Pezeşkiana Vaşinqtonla əlaqə qurmağı qadağan edib. Bu vəziyyət, Rusiyanın vasitəçiliyi də qəbul etməməsi ehtimalını artırır. Beləliklə, Vaşinqtonun bu vəziyyətdəki məqsədi Rusiyanın Tehranla olan əlaqələrini zəiflətmək və Kremlin bu məsələdə geri çəkilməsinə nail olmaqdır".Milli.Az

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi