“Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı Rusiyanın “Krokus Qrup” holdinqinə dəyən ziyan hesablama sistemindən asılı olaraq, 150-200 milyon dollar təşkil edib.
AvroMedia.az xəbər verir ki, bunu RBK-ya müsahibəsində “Krokus Qrup”un sahibi Araz Ağalarovun oğlu, sahibkar Emin Ağalarov deyib.
Onun sözlərinə görə, terror aktından sonra kompleksin ərazisindəki bütün obyektlərin işi iflic olub, gediş-gəliş xeyli azalıb:
“Krokus Siti Holl”un hesabına digər “Krokus Siti” obyektlərinə gündə təxminən 6-7 min insan gəlirdi”.
Ağalarov qeyd edib ki, təkcə konsert zalının tikintisinə 70 milyon dollar xərclənib və indi ondan heç nə qalmayıb:
“Terror aktı nəticəsində dağılan konsert zalının gələcək taleyi hazırda qeyri-müəyyən olaraq qalır”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi