İsrail ordusu Suriyaya daxil oldu, əməliyyat keçirdi
Tarix: 26-02-2025, 15:40
Baxılıb: 2 327
Google+ Paylaş
Tumblr Paylaş

İsrail ordusu Suriyaya daxil oldu, əməliyyat keçirdi

26-02-2025, 15:40

İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşqin cənubundakı Kisva yaşayış məntəqəsi, həmçinin Dəra və Kuneytra əyalətlərindəki hərbi bazalara hava zərbələri endirib.
AvroMedia.az xəbər verir ki, bu barədə Suriya televiziyası məlumat yayıb.
Məlumata görə, hava hücumları ilə eyni vaxtda İsrail quru qoşunları Dəra və Kuneytra əyalətlərinin bir neçə rayonuna daxil olaraq, kazarmalara zərbələr endiriblər.
İsrail ordusunun sözçüsü Avixay Edri Suriyanın cənubunda hərbi texnika və qüvvələrin mövcudluğunun İsrail vətəndaşları üçün təhlükə yaratdığını söyləyərək, ordunun hər hansı bir təhlükəni aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcəyini vurğulayıb.
Məlumata görə, İsrail hərbçiləri Dəra və Kuneytra əyalətlərini bir neçə saat sonra tərk ediblər.скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ