Fransa müstəmləkəçiliyi əsarətində olan ərazilərdə fəaliyyət göstərən media mənsublarının ilk dəfə Azərbaycana səfəri başlayıb.
AvroMedia.az xəbər verir ki, iki günlük səfərin təşkilində əsas məqsəd Fransız müstəmləkəçiliyi altında yaşayan müxtəlif regionlardan fəaliyyət göstərən 12 media nümayəndəsinə kommunikasiya üzrə xüsusi təlimin təşkil edilməsi və yerli KİV nümayəndələri ilə təcrübə mübadiləsinin təşkil edilməsidir.
Xarici media mənsubları həmçinin Azərbaycanın beynəlxalq səviyyədə müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının müdafiəsi istiqamətində qlobal mövqeyi, Bakı Təşəbbüs Qrupunun beynəlxalq fəaliyyəti, habelə müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərilən dəstəklə əyani tanış olacaqlar.
Eyni zamanda kolonializm siyasətinin fəsadları haqqında dünya ictimaiyyətinə doğru məlumatların çatdırılması üzrə birgə əməkdaşlıq imkanları araşdırılacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi