Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin son açıqlaması gündəm olub. Belə ki, o, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıldığını deyib. Onun çıxışı mətbuatda sərhədlərin açılmasının anonsu kimi dəyərləndirilib. Lakin bu barədə hər hansı qərar yoxdur.
AvroMedia.az xəbər verir ki, globalinfo.az-a danışan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, iqtisadçı, professor Elşad Məmmədov deyib ki, bununla bağlı Prezident İlham Əliyev ölkəmizin maraqlarına uyğun qərarlar qəbul edəcək:
“Atılan addımlar isə təhlükəsizliyimiz, milli maraqların qorunması çərçivəsində olacaq. Sadalanan amillər imkan verərsə, qatarın işə düşməsi prosesi reallaşacaq”.
İqtisadçı bildirib ki, Bakı-Tbilisi-Bakı qatarı fəaliyyətini bərpa edərsə, işgüzar fəallıq, sosial, humanitar mübadilə də inkişaf edəcək:
“Bunun iqtisadiyyata da müsbət təsirləri mümkündür. Gürcüstanla davamlı, qarşılıqlı hörmətə, konstruktiv münasibətlərə əsaslanan, o cümlədən ticari, iqtisadi, sosial, humanitar əlaqələrimiz var. Qatarın işə düşməsi bu prosesin daha da inkişaf etdirilməsinə kömək edə bilər”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi