Azərbaycan hər zaman olduğu kimi bu ağır günlərdə də Türkiyənin yanında yer aldı, zəlzələ xəbərinin ilk dəqiqələrindən bir yumruq kimi bütün səviyyələrdə qardaş Türkiyənin ətrafında səfərbər oldu, əlindən gələn yardımı və dəstəyi əsirgəmədi.
AvroMedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Türkiyədə baş verən dağıdıcı zəlzələnin ikinci ildönümü ilə bağlı bu ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi başsağlığında deyilir.
Dövlət başçısı qeyd edib ki, həmin çətin günlərdə bütün Azərbaycan xalqının ürəyi Türkiyə ilə bir döyünürdü:
“Qardaşlıq və vəfa borcumuzun bir parçası olaraq Azərbaycanın da öz növbəsində Qəhrəmanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə verərək Türkiyənin yanında çiyin-çiyinə olmağından böyük fəxr və qürur hissi duyuruq”.

Müharibə bitənə qədər ictimaiyyət qarşısına çıxmayacaq
Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb