Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası dövlətimizin xarici təhlükələrdən qorunması, o cümlədən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair monitorinqlər aparıb.
AvroMedia.az xəbər verir ki , komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilib, antiazərbaycan kampaniyasında sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunub.
"Kampaniyaya 300-dən çox hesab cəlb edilmişdir ki, onların da 124-ü Feysbukda, 67-si İnstaqramda, 67-si Teleqramda, 32-si Yutubda, 10-u X-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər. Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanıb", - məlumatda bildirilir.
Komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırıb.
Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi