Bu gün İslamabadda Azərbaycan və Pakistan arasında Birgə Hökumətlərarası Komissiyasının 8-ci iclası öz işinə başlayıb.
AvroMedia.az xəbər verir ki, komissiyanın əsas iclası yanvarın 24-də keçiriləcək.
İclasda müdafiə, ticarət və digər strateji istiqamətlərdə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Bu gün Azərbaycan və Pakistan nümayəndələri energetika, nəqliyyat və ticarət sahələrində əməkdaşlığa dair məsələləri müzakirə ediblər.
Xüsusilə müdafiə sənayesi, İKT və rəqəmsal idarəetmə, bank işi, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, turizm, idman, gənclər, mədəniyyət, elm və təhsil, səhiyyə, iqlim dəyişikliyi, dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində əməkdaşlıq müzakirə olunub
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri müdafiə sənayesi naziri Vüqar Mustafayevdir.
Komissiyanın yeddinci iclası 2021-ci ilin dekabr ayında Bakıda keçirilib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi