Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə olan “SOCAR Türkiyə Enerji” şirkəti və “Nakkaş Holdinq” arasında uzunmüddətli əməkdaşlıq protokolu imzalanıb.
AvroMedia.az xəbər verir ki, protokolu “SOCAR Türkiyə Enerji”nin baş icraçı direktoru Elçin İbadov və “Nakkaş Holdinq”in İdarə Heyətinin sədri Ramazan Öztürk imzalayıblar.
Sənəd SOCAR məhsullarının dəmir yolu ilə daşınmasının logistikasının inkişafı və Sabiha Gökçən hava limanında aviasiya yanacağının ticarəti və saxlanması obyektinin yaradılmasını nəzərdə tutur.
Bu əməkdaşlıq Azərbaycan və Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsinə xidmət edən strateji addım kimi qiymətləndirilir.
Tərəflər gələcəkdə bu kimi tərəfdaşlıqların həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq, iqtisadi əlavə dəyər yaradan layihələrin hazırlanması üçün birgə təcrübə və ekspertizadan istifadə etmək niyyətində olduqlarını bildiriblər.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi