Respublika Olimpiya Mərkəzi adını dəyişdi.
Belə ki, Respublika Olimpiya Mərkəzi adını dəyişərək "Bakı Atletika Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrildiyini elan edib.
Qeyd edək ki, mərkəz 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi isə Yaqubova Şəlalə Rəhim qızıdır.
Əlavə edək ki, Respublika Olimpiya Mərkəzi Bakı şəhərinin Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında yerləşir.
Ümumi ərazisi 0,22 hektar olan mərkəzin yüngül atletika manejinin uzunluğu 96 metr, eni isə 30 metrdir. Manejin ətrafında 6 qaçış zolağı olan yeni cığırlar (3 dairəvi və 3 düz) quraşdırılıb. Dairəvi zolaqlar müvafiq olaraq 200, 207 və 217 metrdir. Düz qaçış zolaqlarının uzunluğu 100 metrdir.

Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur