İslam Respublikasının ölkəmizə qarşı sərt ritorikası Azərbaycanın müstəqil dövlət kimi həzm olunma prosesinin hələ də başa çatmaması ilə əlaqədardır. Bununla bağlı İrandan dəfələrlə reflekslər görmüşük.
AvroMedia.az xəbər verir ki, bu sözləri ReAL Partiyasının sədri Natiq Cəfərli Axar TV-nin efirində qonaq olarkən deyib.
O bildirib ki, son zamanlar bu ritorikanın kəskinləşməsi həm də Suriya məsələləri ilə bağlıdır:
“Türkiyənin Suriyada çox böyük uğur qazanması, İranın, demək olar ki, Suriyadan sıxışdırılıb çıxarılması bir növ Azərbaycana münasibətə də təsir göstərir. Artıq bütün dünya, o cümlədən qonşularımız Azərbaycan-Türkiyə xarici siyasəti və təhlükəsizlik konsepsiyasının birgə addımladığını düşünürlər və belədir də. Ona görə də Türkiyəyə olan münasibət avtomatik olaraq Azərbaycana olan münasibətə də transformasiya olur”.
İranda bir sıra şəxslərin Azərbaycana qarşı nəlayiq ifadələrinə rejim cavabını necə verməlidir? İranda Azərbaycanla münasibətlərin normallaşmasına qarşı olan qüvvələr kimlərdir?

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi