ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrikində ölkəsinin Azərbaycanla əlaqələrə böyük dəyər verdiyini deyib.
AvroMedia.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin X hesabındakı ilin son paylaşımı da keçmiş paylaşımdan fərqli olaraq müsbət tonlar üzərində yazılıb:
“ABŞ Azərbaycanla təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığının davam etməsinə sadiqdir” cümləsiylə başlanan paylaşımda əməkdaşlığın iki istiqaməti göstərilib: Birincisi, paylaşımda Azərbaycan Silahlı Qüvvələrinin bir neçə üzvünün ABŞ-ın yüksək hərbi institutlarını bitirməsi qeyd edilib; İkincisi, ABŞ-ın Azərbaycanın NATO-nun təhlükəsizliyini daha da gücləndirəcək çoxmillətli təlimlərdə gələcək iştirakının planlaşdırılmasına dəstəyi vurğulanıb.
Bu paylaşımdan belə çıxır ki, ABŞ-la Azərbaycan arasında 2024-cü ildəki əməkdaşlıq sadəcə təhlükəsizlik sahəsini əhatə edib. Halbuki keçmiş illərdə əməkdaşlığın ən azı 4 istiqaməti mövcud idi. Bunu amerikalı rəsmilər və diplomatlar dönə-dönə vurğulayırdılar. Bu təhlükəsizliklə yanaşı, enerji, iqtisadiyyat və insan haqları mövzuları idi.
Rəsmi Bakı Donald Trampın prezidentliyi dönəmində münasibətlərin müsbətə doğru dəyişəcəyinə ümidlidir. ABŞ-la Azərbaycan arasında tərəfdaşlıq münasibətləri hər iki ölkənin maraqlarına xidmət edir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi