Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib.
AvroMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması barədə dəhşətli xəbərdən dərindən kədərləndim. Finlandiya xalqı adından və şəxsən öz adımdan, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm", - başsağlığında qeyd olunub.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi