Ukrayna gələn il üç əsas münaqişə ocağından biri olacaq.
AvroMedia.az xəbər verir ki, bu fikri Almaniyanın aclıqla mübarizə üzrə “Velthungerhilf” humanitar qeyri-hökumət təşkilatının baş katibi Matthias Mogge deyib.
O qeyd edib ki, 2025-ci ildə münaqişə mərkəzləri Sudan, Yaxın Şərq və Ukrayna olacaq:
“Gələn il bu bölgələrə xüsusi diqqət tələb olunacaq. Ukraynada bir çox insan aclıqdan əziyyət çəkir, bəzilərinin psixoloji yardıma ehtiyacı var”.
Onun sözlərinə görə, Yaxın Şərq ölkələrində vəziyyət çox dinamik inkişaf edir və humanitar yardıma daim düzəlişlər edilməlidir. Qəzza zolağında girişin olmaması yardım təşkilatlarının işçiləri üçün əsl problem olmaqda davam edir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi