Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğradıqdan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup FHN-ə məxsus “BE-200 ÇS” amfibiya tipli təyyarə ilə Aktau şəhərinə göndərilib.
AvroMedia.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Qarşıda qoyulmuş tapşırıqlara uyğun olaraq, Nazirliyin psixoloqları tərəfindən zərərçəkmişlərə təcili psixoloji yardım göstərilir, habelə həkimlər tərəfindən zərurət yarandığı təqdirdə tibbi müdaxilələr həyata keçirilir.
Həmçinin, qəza baş vermiş ərazidə Nazirliyin xilasediciləri tərəfindən müvafiq tədbirlər görülür.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi