Azərbaycan və Rusiya arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.
AvroMedia.az xəbər verir ki, saziş nazir Rəşad Nəbiyevin Rusiyaya işgüzar səfəri çərçivəsində imzalanıb.
Məlumata görə, dəmiryolu infrastrukturunun və tranzit daşımaların inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və “Şimal-Cənub” dəhlizinin Qərb marşrutunun potensialını artırmaq, eləcə də dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdırmaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin etməkdir.
Səfər zamanı R.Nəbiyev, Rusiya hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib. Görüşdə həmçinin avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi