“Ermənistanın problemləri bizə yad deyil və biz Ermənistanın yanındayıq” – bunu Suriya Prezidenti Bəşər Əsəd ötən ilin noyabrında Dəməşqdə qəbul etdiyi Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyana söyləmişdi. Bu təbiidir. Ermənilər Əsəd rejiminə sıx bağlıdırlar.
AvroMedia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Suriyada silahlı müxalifətin sürətli hücumu və iri şəhərləri ələ keçirməsi ilə yaranan yeni vəziyyəti şərh edərkən deyib.
Politoloq xatırladıb ki, Suriyada yaşayan ermənilər Əsədin ordusunda xidmət keçirlər:
“Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərindən Rusiya ilə birgə Suriyaya hərbçi göndərməyi xahiş etdikdə, KTMT ölkələrindən təkcə Ermənistan müsbət reaksiya verdi. Baş nazir Nikol Paşinyan Suriyaya heyət göndərdi. Bundan məmnun qalan Əsədin Ermənistana verdiyi dəstək İran amili ilə də bağlıdır. İranın dostları və tərəfdaşları avtomatik Əsədin də dostları və tərəfdaşları, düşmənləri isə onun da düşmənləri idi.
Əsəd Azərbaycan-Türkiyə müttəfiqliyinə Tehranın prizmasından baxırdı. Ancaq indi Əsəd elə bir vəziyyətdədir ki, dostları və tərəfdaşları onu yalnız buraxıb. Rusiya və İran dağılmaqda olan rejimi xilas etməyin anlamsız olduğu qənatindədirlər. Ermənilər isə Əsədin simasında sadiq dostlarını itirmək üzrədirlər”.
Politoloq qeyd edib ki, Əsəd rejiminin yıxılması perspektivi Suriyanın problemlərinin və ərazi bütövlüyünün təmini anlamına gəlmir:
“Suriyaya qonşu İraqda Səddam Hüseyn rejiminin devrilməsi bu ölkənin problemlərini azaltmadı. Oxşar vəziyyət Suriyada yarana bilər. Önəmli olan Azərbaycanın strateji müttəfiqi Türkiyənin Suriyada maraqlarının təmin edilməsidir. Bunlardan biri Suriya ərazisində terrorçu PKK və ona bağlı silahlı qrupların neytrallaşdırılmasıdırsa, digəri yerli türkmanların təbii haqlarının bərpasıdır. Ermənistan vaxtilə Əsəddən yana oldu, yanıldı, indi Azərbaycanın növbəsidir, Türkiyə ilə birgə Suriyadakı qardaş türkmanlardan yana olmalıyıq”.
Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” silahlı birliyi artıq Dəməşqin yaxınlığında döyüşlərə başlayıb.Axar.az

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi