Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
Bildirilib ki, görüşdə Azərbaycan və İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar sahələri üzrə birgə layihələr, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının yüksək səviyyədə təşkilinə, habelə Təşkilata uğurlu sədrliyə görə İran tərəfini təbrik edib.
Nazir iki ölkə arasında tarixi qonşuluq, dostluq, mədəni bağlara əsaslanan əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli dialoqun, qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsinin vacibliyini qeyd edib.
Xüsusilə energetika və nəqliyyat dəhlizləri sahəsində Azərbaycan-İran əməkdaşlığının inkişafı istiqamətində bir sıra vacib təşəbbüslərin həyata keçirildiyi, əldə olunan razılıqların və onların icrasının əhəmiyyəti qeyd olunub. İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.
Regional və beynəlxalq çoxtərəfli platformalar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Enerjinizi tükədən 7 hədsiz düşünmə tərzi
Azərbaycan daha bir ölkədən lobya tədarük etməyə başladı
Əmtəə bazarlarında qızıl 4 000 dollara ticarət olunur
İranın hücumundan sonra aeroportu bağladılar
Neftimiz bahalaşdı
Moskvaya dron hücumu
Xırdalanda yaşayış binasında yanğın başlayıb
ABŞ İrana məxsus neft tankerini yenidən vurdu