ABŞ səfirliyinin hərbi attaşesi polkovnik Kayl Koun və ABŞ səfirliyinin siyasi məsələlər üzrə mütəxəssisi Soniya Wettsteyn Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına (PfP) qoşulmasının 30 illiyi münasibətilə Azərbaycan XİN tərəfindən təşkil olunan akademik konfransda iştirak ediblər.
AvroMedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi sosial şəbəkədə rəsmi hesablarında paylaşım edib.
“ABŞ Azərbaycanın PfP-dəki aktiv rolunu və NATO ilə tərəfdaşlıq üzrə davamlı öhdəliyini yüksək qiymətləndirir. Biz, Azərbaycanın PfP məqsədlərinə doğru irəliləyişini, ikitərəfli təhlükəsizlik əməkdaşlığı çərçivəsində, xüsusən də İstanbulda keçirilən Birgə Təlim Konfransında iştirakları vasitəsilə dəstəkləyirik”, - paylaşımda deyilir.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi