Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
AvroMedia.az bildirir ki, telefon danışığı əsnasında dövlətimizin başçısı Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir.
Dövlətimizin başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaqdır.
Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlətimizin başçısı ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvarlığını bildirib.
Prezident Donald Tramp öz növbəsində səmimi təbriklərə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. Donald Tramp ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini bildirib.AzərTac

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi