Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında ötən gün baş tutan telefon danışığında Cənubi Qafqaz da müzakirə edilib.
AvroMedia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərdoğan Türkiyənin bölgədəki gərginliyə son qoymaq üçün səylərini davam etdirdiyini bildirib.
Türkiyə lideri həmçinin Ankaranın sülh prosesinə töhfə vermək üçün səylərini davam etdirəcəyini də vurğulayıb.
Qeyd edək ki, Türkiyə Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi proseslərinin bir-birinə bağlı olduğunu və Ermənistan-Azərbaycan danışıqlarının müsbət nəticə verəcəyi təqdirdə Ermənistan-Türkiyə sərhədinin açılacağını bir neçə dəfə bəyan edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi