Bakıda nəqliyyat vasitələrinin hərəkəti üçün ən çətin hesab olunan Ukrayna dairəsində təmir işlərinə başlanılıb.
AvroMedia.az xəbər verir ki, təmir nəticəsində burada tam yeni dairəvi hərəkət sxemi təşkil olunacaq.
Layihə çərçivəsində mövcud dairənin yerində yeni turbo tipli dairənin inşa edilməsi planlaşdırılır ki, bu, nizamlanmayan mürəkkəb yol kəsişmələri üçün yeni bir yanaşma, eyni zamanda müasir həll yolu hesab edilir.
Turbo tipli dairəvi hərəkət sxeminə uyğun olaraq, mübahisəli nöqtələr minimuma endiriləcək və təhlükəsizlik təmin olunacaq. Bundan başqa, dairənin hərəkəti buraxma qabiliyyəti artırılacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi