Azərbaycan Fransanı BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırıb.
AvroMedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “X” hesabında paylaşım edib.
“BMT-nin İnsan Hüquqları Komitəsinin hesabatında Fransa tərəfindən, eləcə də ölkənin dənizaşırı ərazilərində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın icrasına dair narahatlıq doğuran məqamların qeyd olunmasını yüksək qiymətləndiririk”, - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, BMT-nin İnsan Hüquqları Komitəsi bir neçə ölkələrdə, xüsusilə də Fransada insan hüquqlarına dair vəziyyətlə bağlı hesabatını açıqlayıb. Hesabatda əsas olaraq Fransada miqrantların, eləcə də dənizaşırı ərazilərdə insanların hüquqlarının kobud şəkildə pozulması yer alıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi