Ali Baş Komandanlığınızla qazanılan bu Zəfər Azərbaycanla birlikdə bütün Türk dünyası üçün qürur və ilham mənbəyi olmuşdur.
AvroMedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
"Ötən il Qarabağda uğurla həyata keçirdiyiniz antiterror əməliyyatı ilə tam nəzarəti təmin etdiyiniz bu qədim torpaqlarda 30 ildən sonra ilk dəfə bu il parlament seçkilərinin keçirilməsi də bizi sevindirmişdir.
Şuşa Bəyannaməsi ilə taclanan, "Bir millət, iki dövlət" şüarı ilə təcəssüm olunan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə işğaldan azad edilmiş bölgələrin bərpa və yenidənqurma işlərinə hər cür dəstəyi verməyə hazır olduğumuzu ifadə etmək istəyirəm. Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin təmin edilməsi üçün ikitərəfli səviyyədə və beynəlxalq platformalarda sıx əməkdaşlığı, həmrəyliyi vǝ koordinasiyamızı davam etdirəcəyimizə ürəkdən inanıram", - R.T.Ərdoğan vurğulayıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi