BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının keçirilməsinə (COP29) hazırlıq çərçivəsində əsas işlər artıq tamamlanıb, lakin proses hələ də davam edir.
AvroMedia.az xəbər verir ki, bu sözləri COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev deyib.
O bildirib ki, bundan sonrakı zaman kəsiyində görülən işlər BMT-nin Katibliyinə təhvil veriləcək:
"Bu gün həm də yeni uniformaların təqdimatı keçirildi. Bu münasibətlə COP29 komandasını təbrik edirəm. Həmin uniformalar həm rəng, həm də dizayn nöqteyi-nəzərindən zövqlə seçilmiş bir geyimlərdir. Uniformalar həm əməkdaşlara yaraşacaq, həm də COP29-un əməkdaşlarının digər qonaqlardan seçilməsinə imkan verəcək. COP29-a hazırlıq çərçivəsində əsas işlər artıq tamamlanıb, lakin proses hələ də davam edir. Hazırda biz bu tədbirin keçiriləcəyi yerin tam olaraq hazırlanması ilə məşğuluq. Qalan vaxt isə əsasən işlərin BMT-nin katibliyinə təhvil verilməsinə, həm də onlarla razılaşdırmasına sərf olunacaq".

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi