Zəfər tarixinə qızıl hərflərlə yazılmış şəhər
Tarix: 7-10-2024, 21:12
Baxılıb: 3 062
Google+ Paylaş
Tumblr Paylaş

Zəfər tarixinə qızıl hərflərlə yazılmış şəhər

7-10-2024, 21:12

Böyük Qayıdış Proqramına uyğun olaraq işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri sürətlə həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır.

Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonuna səfər etdilər. Hər bir səfər özündə bir sıra mühüm məqamları ehtiva edir. Tarixi Zəfərimizdən dərhal sonra başlanan bu səfərlər davamlılığı, eyni zamanda, Böyük Qayıdış Proqramının icrasının daha da sürətləndirilməsi ilə müşayiət olunur. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin bəzi sosial obyektlərdə görülən işlərlə tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir.  Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarını təqdim ediblər.

Tədbirdə çıxış edən Cənab Prezident bildirib ki, bu gün Cəbrayıl şəhərinin azad olunmasının dördüncü ildönümüdür. Bundan sonra biz hər il bu gözəl günü qeyd edəcəyik. Cəbrayılın azad olunmasının çox böyük əhəmiyyəti vardır. Çünki İkinci Qarabağ müharibəsi dövründə Cəbrayıl şəhəri işğalçılardan azad edilmiş birinci şəhər idi. O vaxta qədər artıq müharibə bir həftə idi ki, gedirdi və 20-yə yaxın kənd azad edilmişdi. Ancaq şəhər olaraq birinci şəhər Cəbrayıl olmuşdur və Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi.
Silahlı Qüvvələrimiz böyük peşəkarlıq, qəhrəmanlıq göstərmiş və işğalçıları Cəbrayıl şəhərindən qovmuşdur. Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində əsl qəhrəmanlıq, fədakarlıq, rəşadət göstərmişdir. Cəbrayıl şəhərinin azad olunması həm müharibənin sonrakı gedişatına müsbət təsir göstərmiş, həm də Ordumuzun və ümumiyyətlə, xalqımızın mənəvi ruhunu yüksəltmişdir.

Səfər zamanı Prezident İlham Əliyev Memorial Kompleksin və şəhərin bərpasının təməl daşını qoyub. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlqoyma mərasimi, “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması qərarı bölgənin sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edəcək. 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyası isə rayonda yerləşən hərbi obyektləri, yeni yaradılan sosial-iqtisadi infrastrukturu, Cəbrayıl şəhərini və bütövlükdə rayonun bütün kənd və qəsəbələrinin elektrik enerjisi ilə təmin edilməsində boyük rol oynayacaq.

Cəbrayıl şəhərində Respublikamızın müxtəlf bölgələrindən köçürülərək  daimi məskunlaşmaları  təmin edilmiş  117 ailə, 364  şəhər sakini  Cəbrayıl şəhəri gününü öz doğma ata-baba yurdlarının əbədi sakinləri kimi qeyd edirlər. Əlbəttə ki, ərazisində  park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da olan, bütün avadanlıqları ilə tam təmin olunmuş  dördmərtəbəli və beşmərtəbəli binaların mənzillərində yaşayan Cəbrayıllılar böyük sevinc içindədirlər.

Türkanə Mübariz

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ