Oktyabrın 3-də Minskdə rəsmi səfərdə olan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarus Respublikasının Baş naziri Roman Qolovçenko ilə görüşüb.
AvroMedia.az xəbər verir ki, hökumət başçılarının məhdud tərkibdə görüşü keçirilib, daha sonra müzakirələr hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə prezidentlərinin sıx təmasları və birgə səyləri nəticəsində müxtəlif sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafı qeyd edilib.
Bu xüsusda Belarus Prezidentinin bu ilin mayında Azərbaycana dövlət səfərinin əhəmiyyəti vurğulanıb.
Hökumət başçıları iqtisadi-ticari əməkdaşlığa dair cari məsələləri müzakirə ediblər. Bu ilin 8 ayının yekunları üzrə qarşılıqlı ticarətin həcmində artım müşahidə olunub ki, bu da 39 faiz təşkil edib. Ticarət dövriyyəsinin artması tendensiyasının dəstəklənəcəyinə əminlik ifadə olunub.Əli Əsədov və Roman Qolovçenko həmçinin qarşılıqlı faydalı əməkdaşlığın gələcək inkişafı perspektivlərini müzakirə ediblər və Azərbaycan və Belarus üçün qarşılıqlı maraq doğuran bütün aktual məsələlər üzrə birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.
Danışıqların yekununa dair Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, səhiyyə sahəsində əməkdaşlıq, Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi və yanğınsöndürmə avadanlığının tədarükü ilə bağlı bir sıra sənədlər imzalanıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi