Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
AvroMedia.az xəbər verir ki, “Şamaxı” doğma meydanda “Sumqayıt”ı qəbul edib. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün son oyununda “Qarabağ” doğma meydanda “Səbail”i sınağa çəkəcək. Matçın start fiti saat 19:00-da veriləcək.
Ağdam klubu 9 xalla 3-cü, bakılılar isə 4 xalla 8-cidir.
Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” öz meydanında “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 15-də keçiriləcək “Zirə”–“Neftçi” və “Sabah”–“Turan Tovuz” görüşləri ilə yekun vurulacaq.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi