Rusiya bütün regionun gələcək sosial-iqtisadi inkişafı üçün Ermənistan və Azərbaycan ilə üçtərəfli qrupun işini mümkün qədər tez bərpa etməyə çağırır.
AvroMedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Bizim ardıcıl mövqeyimiz ondan ibarətdir ki, regionda nəqliyyat kommunikasiyalarının açılması məsələsi çoxdan Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və baş nazirləri Mher Qriqoryanın həmsədrliyi ilə üçtərəfli işçi qrup çərçivəsində həll oluna bilərdi. Üçtərəfli işçi qrup çərçivəsində tamhüquqlu qarşılıqlı fəaliyyətin tezliklə bərpası Cənubi Qafqazın təkcə nəqliyyat-kommunikasiya sisteminin bərpasına birbaşa töhfə verməyəcək, həm də bütün bölgənin gələcək sosial-iqtisadi inkişafını təmin edəcək”, – diplomat qeyd edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi