Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinin dəvətinə baxmayaraq, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRİCS sammitində iştirakını təsdiqləməyib.
AvroMedia.az xəbər verir ki, bu barədə “Moscow Times” məlumat yayıb.
Qeyd olunub ki, Vuçiç bu qərarını həmin vaxt ölkəsinə önəmli qonaqların gələcəyi ilə əlaqələndirib:
“O vaxt xaricdən gələn mühüm qonaqlarımız olacaq”.
Onu da deyək ki, oktyabrda Kazanda yüksək səviyyəli BRİCS toplantısı keçiriləcək.
2009-cu ildə Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika tərəfindən yaradılmış BRİCS dünyanın ən mühüm inkişaf etməkdə olan iqtisadiyyatlarını bir araya gətirmək, eləcə də Qərbdəki daha varlı dövlətlərlə siyasi və iqtisadi tarazlıq yaratmaq məqsədi daşıyır. Ölkələr qrupu bu ilin əvvəlində Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini əhatə etməklə genişləndi.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi