Azərbaycanda Rusiyanın Baş konsulluğu açıla bilər, hazırda bu məsələ müzakirə mərhələsindədir”.
AvroMedia.az xəbər verir ki, bunu diplomatik fəaliyyətini başa vuran Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS-a müsahibəsində danışıb.
Jurnalistin “Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Qriqoriy Karasin daha əvvəl bildirib ki, tezliklə Rusiyanın Xankəndidə Baş konsulluğunun açılmasına hazırlıq işləri başlayacaq. Qarabağda Rusiyanın Baş Konsulluğunun nə vaxt açılacağına dair məlumat varmı?” sualına cavab verən diplomat qeyd edib:
“Rusiya Federasiyası konsulluğun açılması arzusunu dilə gətirib, çünki bizim Rusiyada iki - Yekaterinburq və Sankt-Peterburqda Baş konsulluğumuz var. Rusiyanın ölçülərini və sizin ölkədə yaşayan azərbaycanlıların sayını nəzərə alsaq, bu təbiidir. Lakin Azərbaycanda isə konsulluqların fəaliyyəti üçün sahə daha məhduddur. Bununla belə, bu istiqamətdə iş aparılır, müxtəlif variantlar təklif edilir. Bu məsələ müzakirə mərhələsindədir”.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi