Meksika iqlim məsələləri üzrə beynəlxalq əməkdaşlığı təşviq etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək.
AvroMedia.az xəbər verir ki, bu barədə Meksikanın xarici işlər nazirinin çoxtərəfli məsələlər və insan haqları üzrə müavini Hoel Ernandes “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Məlumata görə, o, Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovla görüşüb: “Meksika bu qlobal problemin həllində beynəlxalq əməkdaşlığın təşviqi üçün iştirak edəcək”.
Səfir M.Talıbov öz növbəsində “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, o, H.Ernandesə dövlət başçısı İlham Əliyevin adından Meksika Prezidenti Klaudiya Şeynbaum Pardoya ünvanlanan COP29-da iştirakla bağlı rəsmi dəvət məktubunu təqdim edib.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi