Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası "Kapitan (komanda verən pilot) tərəfindən obyektiv səbəblərdən öz vəzifələrini yerinə yetirə bilmədikdə, uçuş başa çatdıqdan sonra bu halla bağlı bütün məlumatların təqdim edilməsi Qaydası"nı təsdiqləyib.
AvroMedia.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, pilot uçuş zamanı baş verən hallarla bağlı uçuş başa çatdıqdan sonra nazirlik yanında Dövlət Mülki Aviasiya Agentliyinə, hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat verməlidir.
Belə ki, qanunsuz müdaxilə aktı baş verdikdə təxirəsalınmadan, digər hallar baş verdikdə isə 72 saat ərzində Agentliyə, hava gəmisinin sahibinə, hava gəmisinin sahibi tərəfindən istismar edilmədiyi halda isə istismarçısına məlumat verilməlidir. Məlumatlandırma yazılı qaydada həyata keçirilməlidir.
Dövlət və hökumət başçıları, habelə yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyətləri üçün nəzərdə tutulmuş uçuşlar ("liter" reyslər) zamanı baş verən müvafiq hallarda məlumatlandırma "Dövlət sirri haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək.
Nazirliyin Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

ABŞ İrana məxsus neft tankerini yenidən vurdu
Son 5 ildə elmi dərəcə almış şəxslərin statistikası
Quzu əti 25 manata qalxdı
ABŞ-da dəhşətli təbii fəlakətlər
Qida daşımalarında rekord artım
Sabah 38 dərəcə isti olacaq, amma...
Bu marşrutun fəaliyyəti bərpa olunur
Dünya çempionatının final matçı təxirə salına bilər
Kərə yağı alanların NƏZƏRİNƏ
Prezident yeni səfirləri qəbul etdi