İSTƏYİRƏM NAMİZƏDLİYİMİ İRƏLİ SÜRÜM.
Hərdən düşünürəm ki, millət vəkilliyinə namizədliyimi irəli sürüm.
Sonra fikirləşirəm ki, camaatın önünə çıxıb nə deyəcəm?
Necə əsaslandıra biləcəm ki, mənə səs vermək lazımdır?
Soruşmayacaqlar ki, indiyə qədər hansı işləri görmüsən, xalqa, dövlətə nə kimi xidmətlərin olub, nümunə göstər, biz də bilək ki, bizi belə təmsil edəcəksən?
Yaxşı bunları da soruşmadılar, mən onlara deməliyəm axı məni seçsəz nə edəcəm?
Nə edəcəm, nə edə bilərəm? Bu da mürəkkəb sualdır. İş ondadır ki, sözdə çox şey etmək, demək olar. Məsələn deyərəm ki, marsı endirib gətirəcəm sizin həyətə.
Amma reallıqda işıqpuluya görə işıqlarını kəssələr yandıra biləcəm?
Dövlət baba soruşsa ki, hansı sahədə qanunları yaza biləcəksən? Yeni milli hədəflərimiz nədir, neçə addım gedə bilərsən o hədəflərə doğru? Yenə qalacam belə...
Yaxşı e, heç nə soruşmadılar, getdik seçkiyə.
Rəqiblər iş adamları: Bəlkə makoron payladılar, bir küçəyə asfalt çəkdilər. Mən nə edəcəm?
Özümüzə güclə qreçka alıram.
Rəqiblər gözlərini yumub tənqid edənlərdir:
Mən nə edəcəm, ağa qara deyəcəm?
Rəqiblər qulaqlarını turub tərif çığıranlardır:
Mən nə edəcəm, qaraya ağ deyəcəm?
Rəqiblər ekspert, siyasətçilərdir:
İki saat boş- boş danışacaqlar mən nə edəcəm? Hardan söz tapıb, nə danışacam? Oz kitablarımın təqdimatında beş dəqiqədən sonra söz tapmıram söyləməyə...
Yaxşı e, seçildik. Nə iş görəcəyik? Camaat, lap elə övladlar deyəcək bu qədər maaş alırsan, nə iş görürsən orda? Tədbirlərdə olan şəkillərdən göstərəcəm ki, bunları etmişəm?
Necə və hansı şkala ilə faydalı iş əmsalı göstərəcəm?
Ən çox da gülməli olsa belə, məni qayğılandıran odur ki, deputat seçildim, məclisdə kimin yanında oturacam? Mənə əyri- əyri baxıb, kürəklərini çevrib, aralıda oturan dost- tanışlarına ironiya- təkəbbür qarışıq orta pıçıltılı, yarımeşidicili səslə:- bu kimdi yanımda oturdu, gör nə günə qaldıq? - deməyəcək.
Axı onlar çoxdadının çoxlu aləmlərdəki dost- tanış, qohumlarıdır.
Mən uzaylı, ya yalquzaq kimi qalmaram?
Birdəfəlik çıxıb gedərəm.
Seçicələrim də qalar deputatsız.
Qənatə gəlib, özümə səs verib, deyirəm ki, otur oturduğun yerdə.
Səs verməzlər biabır olarsan, səs verərlər əyləşməy yer verməzlər pərt olarsan ...
Sadıq Qarayev